Saxta pul hazırlamaqda təqsirləndirilən Türkmənistan vətəndaşı ölkəsinə ekstradisiya edilib

Saxta pul hazırlamada təqsirləndirilən Türkmənistan vətəndaşı, 1994-cü il təvəllüdlü Hacımuhammet Bekcanov ölkəsinə ekstradisiya edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, H.Bekcanov 2019-cu ildə beynəlxalq axtarışa verilib və Azərbaycan Respublikası Baş Prokurorluğu onun ölkəsinə verilməsinə dair Türkmənistanın Baş Prokurorluğunun vəsatətini təmin edilib.

Bildirilib ki, Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında Azərbaycanda müəyyən edilərək həbs edilib.

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər