17 C
Baku
Sunday, October 26, 2025

Saxta pul satanlar ələ keçdi – FOTOLAR

Ölkənin maliyyə sisteminə təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının, qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Day.Az-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində İmişli rayon sakini İlkin Mehdizadə, Cəbrayıl rayon sakini Vidadi Mehdiyev və Bakı şəhər sakini Müşfiq ƏsədliBinəqədi rayonu ərazisində yerləşən kafelərin birində 10.000 saxta manatı 3500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Saxlanılan şəxslərdən külli miqdarda saxta pul əskinasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

image image

Day.Az

Son xəbərlər
Digər xəbərlər