11 C
Baku
Sunday, March 3, 2024

Saxta xəbərləri aşkarlaya bilən funksiya istifadəyə verildi

“Microsoft Edge” mobil brauzerinin sonuncu versiyasında saxta xəbərlərin avtomatik müəyyənləşdirilməsi funksiyası istifadəyə verilib. Belə ki, proqram yalan xəbərləri nişanlamağa başlayıb. Analoji imkan fərdi kompüterlər üçün nəzərdə tutulan versiyada, eləcə də “Chrome”, “Firefox” və “Safari” brauzerləri üçün proqram genişlənmələrində var.

Banker.az məlumat verir ki,  xəbərlərin müəyyənləşdirilməsi alqoritmlərə əsaslanmır. Bunun üçün “NewsGuard” xəbərlər şirkətinin məlumatlarından istifadə olunur. Bundan başqa, xəbərlərdə yalan və manipulyasiyaların mövcudluğu insanlar tərəfindən müəyyənləşdirilir.

“Edge” mobil versiyasında funksiyanın işə salınması üçün quraşdırmalara daxil olaraq onu “Xəbərlər reytinqi” bölməsində aktivləşdirmək lazımdır. Bundan sonra sistem ünvan sətrində bu və ya digər saytın reytinq dərəcəsini bildirən işarəni göstərəcək. Qırmızı rənglə etibarsız, yaşıl rənglə isə etibarlı resurslar qeyd edilir. Birinci halda adətən saytın informasiya üçün əsas dəqiqlik standartlarını dəstəkləməməsi ilə bağlı xəbərdarlıq göstərilir. Orada saytı yoxlanışa göndərmək mümkündür.

Bildirilir ki, reytinqli bütün saytlar internetin ingilisdilli sektoruna aiddir. Etibarlı saytlar kimi “CNN” və “Fox News”, etibarsızlar isə “Snopes” və “MailOnline” qeyd olunub.

Gələcəkdə “NewsGuard” tərtibatçıları servisin imkanlarını genişləndirmək və onu daha çox platformalara inteqrasiya etmək niyyətindədirlər.

©ICTnews

Son xəbərlər
Digər xəbərlər