17 C
Baku
Monday, May 20, 2024

Sayt rəhbəri ömürlük həbs cəzasına layiq görüldü

New-York məhkəməsi qeyri-qanuni məhsullarla, xüsusilə də narkotiklərlə ticarət üzrə ixtisaslaşmış Silk Road saytının rəhbərinə ittiham hökmü çıxarmışdır.

30 yaşlı Ross William Ulbricht Bitcoins kriptovalyutası ilə narkotiklərin anonim şəkildə online satışını təmin etməkdə ittiham olunur.

Bundan əlavə, Ulbricht narkotik dövriyyəsində, pulların yuyulması və qanunsuz şəkildə kompüterə daxil olmada təqsirli bilinir. Onu ömürlük həbs cəzası gözləyir.

Sayt əlaqələrin anonimliyini təmin edən Tor şəbəkəsi vasitəsilə istifadəçilərlə əlaqə yaradır və ödənişi Bitcoins valyutası ilə qəbul edirdi. Ümumilikdə isə sayt vasitəsilə 214 milyon dollara qədər olan müqavilələr bağlanmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər