19 C
Baku
Saturday, May 25, 2024

“Sber” yuanla kredit verməyə başlayıb

Rusiyanın ən böyük bankı olan “Sber” Çin yuanı ilə korporativ kreditlər verməyə başlayıb, bu barədə bankın idarə heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin Şərq İqtisadi Fourmunun kuluarlarında bildirib. “Biz artıq yuanla kredit verməyə başlayırıq, buna çox böyük tələbat görürük”, – deyə Vedyaxin bildirib.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Onun sözlərinə görə, “Sber” bu ilin payız-qış aylarında borc bazarına çıxmaq imkanlarını nəzərdən keçirir və yuan istiqrazlarının yerləşdirilməsinə icazə verir.

Rusiyanın ikinci ən böyük bankı olan “VTB” 2022-ci ilin sonuna qədər yuanla kreditlər verməyə başlayacaq, bu barədə Andrey Kostin bildirib. “Hazırda biz 450 milyard rubl ekvivalentində 11 layihə üzərində işləyirik. Bu müraciətlər əsasən yuanla olur”.

VTB rəhbərinin sözlərinə görə, ilin əvvəlində hüquqi şəxslərin kredit portfelində rublun payı üçdə iki, valyuta isə üçdə bir olub. O qeyd edib ki, ilin ortalarında rublun payı 80%-ə çatıb, qalan 20%-i isə “dost olmayan” valyutalarda qalıb.

Kostin Mərkəzi Bankı, hökuməti və bankları bazarda qura bilmələri üçün hesablaşma infrastrukturunun yaradılmasına, onlar üçün platformalar və bazar mexanizmlərinin yaradılmasına diqqət yetirməyə çağırıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər