3 C
Baku
Friday, January 2, 2026

“Sberbank” binaları dezinfeksiya edən robotun prototipini hazırladı

Rusiyanın ən böyük bankı olan “Sberbank”, sürətlə yayılan Covid-2019 pandemiyası fonunda xəstəxanalar, ofislər, metro və digər ictimai yerləri dezinfeksiya edən robot üzərində işləyir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Prototip ultrabənövşəyi lampalarla təchiz edilib və beş dəqiqədə 20 m2  – lik otağı dezinfeksiya edə bilir.

Otağı bir dəfə “araşdırdıqdan” sonra robot özü-özünə hərəkət etməyə başlayır. İçəri insan daxil olan kimi maşın işini dayandırır.
Hal-hazırda yeni robot bankın ofislərində test edilir. Sonda bu layihənin genişləndirilməsi barədə qərar qəbul ediləcək.

Son xəbərlər
Digər xəbərlər