-3 C
Baku
Sunday, December 15, 2024

“Sberbank” “Black Mirror” serialı tərzində reklam çarxı çəkdi – Video

Rusiyanın ən böyük banklarından biri olan “Sberbank” ötən ilin sonu bankın reklam siması seçilmiş texnologiya üzrə videoblogger Wylsacom ilə birgə yeni reklam filmi bazara təqdim edib.

Rusiya mətbuatına istinadən, əməkdaşlığın nəticəsi olaraq birinci iş kimi tələbə gününə həsr edilmiş reklam filmi olub.

Video çarx Sberbankın IT, riyaziyyat, iqtisadiyyat, texniki fənnlər üzrə təhsil alan tələbələri Sberseasons adlı təcrübə proqramına cəlb etmək üçün ərsəyə gətirilib.

Ən maraqlısı odur ki, reklam filmi, ən çox izlənilən və səs-küyə səbəb olmuş “Black Mirror” “Qara Güzgü” serialı tərzində çəkilib.

Reklam çarxında göstərilir ki, yaxın gələcəkdə tələbələrə imtahan vaxtı yaddaşı gücləndirmək üçün mikro ciplər satılacaq. Çarxda bu gün haqqında çox danışılan kriptovalyutadan da bəhs edilir. Cip almaq üçün mağazaya gələn tələbə filmdə satıcı qismində rol alan blogger Wylsacomdan soruşur: Sizdə bitkoin qəbul edirlər? O isə cavab verir ki, Yox. Daha sonra tələbə təəssüf hissi ilə deyir: Ümumiyyətlə, görəsən bitkoini harda qəbul edirlər?

 

Son xəbərlər
Digər xəbərlər