12 C
Baku
Cümə, Dekabr 3, 2021

“Sberbank” Bosniya və Herseqovina ilə Serbiyadakı filiallarını satır

Rusiyanın ən böyük bankı olan “Sberbank” Bosniya və Herseqovina ilə Serbiya daxil olmaqla Avropanın 5 ölkəsindəki filiallarını satır.

“Sberbank” Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Macarıstan və Sloveniyadakı filiallarının təxminən 500 milyon avroya satışı ilə bağlı razılığa gəldiyini açıqlayıb. Bank həmin ölkələrdəki 162 filialı “AIK”, “Gorenjska” və “Agri Europe Cyprus” şirkətlərindən ibarət konsorsiuma satışına dair müqavilə imzalayıb.

Satış prosesinin ilin sonuna qədər tamamlanacağı bildirilib.

“Sberbank” prioritet bazarlara diqqəti artırmaq və yeni biznes modellərini araşdırmaq üçün Mərkəzi və Şərqi Avropadakı bazar payını azaltmaq qərarına gəlib.

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər
X