14 C
Baku
Saturday, May 4, 2024

“Sberbank” bu il Rusiya iqtisadiyyatının 4,5%-dək azalacağını proqnozlaşdırır

Bu il Rusiya iqtisadiyyatında azalma 3,5-4,5% olacaq, 2021-ci ildə isə ÜDM 2,5-3.5% artacaq.

Rusiya mətbuatının verdiyi məlumata görə, bunu “Sberbank”ın rəhbəri German Qref İnvestorlar Gününə həsr olunmuş tədbirdə bankın 2023-cü ilədək yeni inkişaf strategiyasını təqdim edərək deyib.

“Strategiyamızdakı yüksək qeyri-müəyyənliyə baxmayaraq, biz növbəti ilkin şərtlərdən istifadə edirik: Rusiya iqtisadiyyatı yumşaq pul siyasəti və xarici tələbin canlanması dalğasında bərpasını davam etdirəcək. 2020-ci ilin nəticələrinə görə, ÜDM-də azalma 3,5-4,5% aralığında olacaq. Bundan sonra isə, 2021-i ildə ölkə iqtisadiyyatı 2,5-3,5% artacaq”, – deyə Qref bildirib.

Rusiya Mərkəzi Bankının proqnozuna görə, bu il Rusiya iqtisadiyyatındakı azalma 4-5%-dək olacaq, 2021-ci ildə isə 3-4% arasında artacaq. Eyni zamanda, tənzimləyici Rusiya iqtisadiyyatının 2022-ci ilin birinci yarısında koronavirus pandemiyasından əvvəlki səviyyəyə qayıdacağını gözləyir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər