“Sberbank” “Dənizbank”ın səhmlərini satır

0

Rusiyanın “Sberbank” bankı Türkiyədəki “Dənizbank” törəmə bankındakı səhmlərini satır.

“Sberbank” “Dənizbank”ın səhmlərinin 99,85 faizini “Emirates NBD” bankına satır. Yeni sövdələşmənin dəyəri 14,6 milyard türk lirəsindən 15,48 milyard türk lirəsinədək (təxminən 2,7 milyard dollar) artıb. Aprelin 2-də imzalanan müqavilə bu ilin ikinci rübündə qüvvəyə minəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Sberbank”ın nümayəndəsi bildirib ki, ümumilikdə bank son nəticədə sövdələşmə çərçivəsində 5 milyard dollar alacaq.

“Sberbank” “Dənizbank”ı Belçikanın “Dexia” qrupundan 2012-ci ildə almışdı. Bankın Türkiyə, Rusiya, Avstriya, Almaniya, Bəhreyn və Kiprdə ofisləri fəaliyyət göstərir.