10 C
Baku
Thursday, December 12, 2024

Sberbank Investment Research: “2017-ci ildə Azərbaycanda investisiya aktivliyini artacaq”

İnfrastruktur layihələrinə büdcə xərclərinin artırılması 2017-ci ildə Azərbaycanda investisiya aktivliyini dəstəkləyəcək və ÜDM artımının bərpasına kömək edəcək. Sberbank Investment Research (SIR) analitikləri belə hesab edir.

 
Banker.az Interfax-a istinadən xəbər verir ki, “Dövlət Statistika Komitəsinin ilkin qiymətləndirmələrinə görə, 2016-cı ildə resessiya 3,8% təşkil edib (2015-ci ildə ÜDM-nin 1,1% artımına qarşı). Ötən il tikinti sektorunda ÜDM-nin 27,6% aşağı düşməsi azalmanın əsas səbəbi olub”, – deyə SIR-in həftəlik icmalında bildirilir.
 
2016-cı ildə iqtisadiyyatın digər sektorlarında, o cümlədən kənd təsərrüfatı, ticarət, informasiya və kommunikasiya sahələrində dinamika müsbət olub.
 
“Biz 2017-ci ildə infrastruktur layihələrinə büdcə xərclərinin artırılmasının Azərbaycanda investisiya aktivliyini dəstəkləyəcəyini və ÜDM-nin artımının bərpasına kömək edəcəyini gözləyirik”, – deyə analitiklər vurğulayıblar.
 
Azərbaycan hökuməti 2017-ci ildə ÜDM artımını 1% səviyyəsində proqnozlaşdırır.
Son xəbərlər
Digər xəbərlər