Rusiyanın ən böyük bankı olan Sberbankın Sberbank İnvestment Research qrupu manatla bağlı proqnozlarını açıqlayıb.
Sberbank Investment Research analitiklərinin açıqlamasına görə, Brent markalı neftin bir barrel üçün qiymətinin $25 düşməsi, manatın zəifləməsinə və nəticədə 1 dollar 2 manat səviyyəsinə çata bilər.
Manatın hansı həddə dayanacağı sualı isə hələki açıq qalır. Səbəb isə, bazarın neft qiymətləri ilə bağlı qeyri müəyyənliyidir və hazırda neftin minimal hansı qiymətə qədər düşməsini proqnozlaşdırmaq mümkün deyildir. əgər neftin qiyməti düşməkdə davam etsə, o zaman manat dollar məzənnəsinin hazırki rəsmi məzənnəsi olan 1.6-dan zəifləyərək 2 manata yaxınlaşması mümkündür – investisiya şirkətinin icmalında belə deyilir.