26 C
Baku
Saturday, July 27, 2024

“Sberbank” Qazaxıstan bazarından gedir

Rusiyanın “Sberbank”ı Qazaxıstan bazarını tərk edir.

Belə ki, “Sberbank” və Qazaxıstanın “Bayterek” milli idarəetmə holdinqi Rusiya bankının Qazaxıstandakı törəmə bankını satmaq üçün müqavilə imzalayıb.

“Sberbank mövcud geosiyasi vəziyyəti rəhbər tutaraq və törəmə bankın müştərilərinin maraqlarından çıxış edərək Qazaxıstan bazarından çıxmaq qərarına gəlib”, – deyə “Sberbank”dan bildirilib.

O da vurğulanıb ki, “Sberbank” Qazaxıstan müştəriləri qarşısında öhdəliklərini yerinə yetirməyə davam edəcək.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər