31 C
Baku
Saturday, July 20, 2024

“Sberbank” SOCAR-ın iddia etdiyi neft emalı zavodunun satışı ilə bağlı danışıqlar aparır

Rusiyanın “Sberbank” bankı Antipino neft emalı zavodunun satışı ilə bağlı potensial investorlarla danışıqlar aparır.

Bankın rəhbəri German Qref zavodun səhmlərinin 80 faizdən çoxunun bank tərəfindən alındığını və hazırda potensial investorlarla danışıqların getdiyini bildirib.

O bildirib ki, zavod yalnız bu sahədə böyük iş təcrübəsinə malik şirkətlərə satılacaq.

Qeyd edək ki, bir müddət əvvəl SOCAR-ın Antipino NEZ-in satın alınmasında maraqlı olduğu barədə məlumatlar yayılmışdı. Şirkətdən Trend-ə verilən müsahibədə həmin zavodun alınması ilə bağlı investisiya planının olmadığı açıqlanmışdı.

©Trend

Son xəbərlər
Digər xəbərlər