Rusiyanın iri banklarından olan “Sberbank”ın yaranmasının 175 illiyi münasibətilə oktyabrın 1-dən noyabrın sonunadək bu ölkənin bir sıra şəhərlərində yerləşən muzeylərə giriş pulsuz olacaq.
Aksiyada Rusiyanın 18 muzeyi iştirak edəcək. Bundan başqa, “Sberbank”ın 175 illiyi münasibətilə bu ilin noyabrından 2017-ci il yanvarın ortalarınadək A.S.Puşkin adına Moskva Dövlət Təsviri İncəsənət Muzeyində kor və görmə qabiliyyəti zəif olan insanlar üçün rəsm sərgisi açılacaq.
“Biz bayram aksiyasını ilk olaraq 3 ən tanınmış muzey – “Ermitaj”, “Rus muzeyi” və “Təsviri İncəsənət Muzeyi” ilə birlikdə açırıq. Bu muzeylər ən çox ziyarət olunan muzeylərdir. Lakin bunu çoxuşaqlı ailələr üçün də əlçatan etmək istəyirik”, – deyə “Sberbank”ın rəhbəri German Qref bildirib./Azertag