9 C
Baku
Friday, December 13, 2024

Schlumberger 1 milyard dollarlıq aktivlərini siləcək

Dünyanın nəhəng neft-servis şirkəti Schlumberger neft kotirovkalarının enməsi fonunda ümumi dəyəri 1 milyard dollar olan aktivlərini siləcəyini elan etdi. Aktivlərin silinməsi barədə məlumat Nyu-Yorkda baş tutan Cowen and Company 4th Annual Ultimate Energy Conference konfransı çərçivəsində səsləndirilmişdir.

Bununla yanaşı, şirkətdə bir sıra layihələr üzrə işçi personalının ixtisar ediləcəyi də davam etdiriləcək. Şirkət rəhbərliyinin bildirdiyinə görə, bir sıra tədbirlərə baxmayaraq şirkət səhmlərin silinməsi məsələsindən qaça bilmədi.

Şirkətdən verilən məlumata görə, neft qiymətlərinin enməsi artıq neft kəşfiyyatı üzrə işlərin ixtisar edilməsinə gətirib çıxarıb.

Son xəbərlər
Digər xəbərlər