22 C
Baku
Tuesday, April 23, 2024

“Schneider Electric” Rusiyadakı biznesini satıb

Fransanın elektrotexniki avadanlıq istehsalçısı olan “Schneider Electric” Rusiyadakı biznesini yerli top-menecerlərə satıb, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir. Nəticədə, şirkətin xalis balans dəyərinin 300 milyon avroya qədər silinməsi gözlənilir.

Schneider Electric xatırladıb ki, fevralın 24-dən şirkət Rusiya və Belarusa yeni investisiyaları, eləcə də məhsullarının idxalını dayandırıb. 2021-ci ildə şirkət Rusiyada ümumi satışların təxminən 2%-ni əldə edib. Mətbuat xidməti əlavə edib ki, “Schneider Electric” nizamlı transfer planlaşdırır və bütün proses boyu Rusiya və Belarusiyadakı işçilərə dəstək olmaq üçün resurslar ayırır.

Rusiyanın Ukraynada müharibəyə başlamasından və anti-Rusiya sanksiyalarının qüvvəyə minməsindən sonra xarici şirkətlər bu ölkədə fəaliyyətini dayandırmağa başlayıblar, onların bəziləri hətta yerli biznesi satmaq qərarını veriblər. Belə ki, iyunun 28-də Fransanın şin istehsalçısı “Michelin” Rusiyadakı biznesini yerli top-menecerlərə satıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər