15 C
Baku
Friday, March 29, 2024

“Schneider Elektrik” adını dəyişdi — Ölkəni tərk etmə xəbərinə aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi “Schneider Elektrik Sanayi ve Ticaret A. Ş.” nin Azərbaycandakı filalının bağlayaraq ölkədən getməsinə dair mətbuatda məlumatlar yer almışdı. Şirkət bu gün Azərbaycandakı filialı ləğv olunmasına münasibət bildirib.

Şirkətdən daxil olan məlumatda deyilir ki, ölkəmizdə 1994-cü ildən fəaliyyətini başlayan dünya miqyasında enerjinin idarə olunması üzrə ixtisaslaşan və 100-dən çox ölkədə fəaliyyət göstərən “Schneider Electric” əməliyyatlarını genişləndirərək Azərbaycanda hüquqi adını dəyişib, 18 oktyabr 2017-ci il tarixindən etibarən “Schneider Electric Middle East Projects” kimi davam etdirəcək.

“Schneider Electric” şirkətinin Mərkəzi Asiya üzrə prezidenti Emrah Tekdemir deyib ki, şirkət Azərbaycanda sürətli inkişafı görməkdən məmnunluq duyur və enerji idarəetməsi sahəsində öz məhsul və texnologiyalarını təklif edərək həmin yüksəlişə töhfə vermək niyyətindədir: “Azərbaycandakı uğurumuzun davamı olaraq biz Bakını Orta Asiya ölkələrində fəaliyyətimizin mərkəzi kimi müəyyənləşdirdik. Bu da öz növbəsində dünyada tanınmış şirkətinin fəaliyyətində Azərbaycanın xüsusi rolunu bir daha vurğulayır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər