Bu cədvəl görmə sahəsini genişləndirmək məqsədilə istifadə edilir. Bəs Schulte cədvəli ilə “məşq etmək” üçün nə etmək lazımdır? 1-dən 25-ə qədər artan qaydada, ara buraxmadan rəqəmləri tapmaq lazımdır. Lakin bunu səssiz şəkildə etmək tələb edilir.
Tapılan rəqəmlər yalnızca baxışla göstərilir. Bu məşq zamanı 1 cədvəldəki rəqəmlərin tapılması üçün ayrılan vaxt 25 saniyədən çox olmamalıdır. Cədvəl ilə işləməyə başlamamışdan öncə cədvəli tam olaraq görmək üçün nəzərlər ilk olaraq mərkəzə yönəlir. Daha sonradan ard-arda rəqəmləri tapmaq üçün nəzərlərin yalnızca mərkəzdə qalmasına icazə verilir. Gözlərin üfiqi hərəkəti isə qadağandır.
Gözlə cədvəl arasındakı məsafə adi mətn oxunduqda saxlanılan məsafə qədər, yəni təqribən 25-30 sm olmalıdır. Məşqlərin zamanı və mütəmadiliyini elə seçmək lazımdır ki, sonradan məşq bezdirici xarakter daşımasın.
Schulte cədvəli ilə işləyərkən bir faktı yadda saxlamaq lazımdır ki, burada məşq əsas məqsəd deyil. Əsas olan görmə sahəsinin genişləndirilməsidir. Buna da yalnızca təkmilləşmiş və qaydalara uyğun məşqlərlə nail olmaq olar.