Scott Herber – sahibkar, biznes dahisi və “Heç vaxt “əsl” işə düzəlməyin” kitabının müəllifidir və o bu kitabda yeni başlayan biznesmenlərə özünün məsləhət siyahısını təqdim etmişdir.
Fikrinizi cəmləyin, cəmləyin və bir daha cəmləyin!
Bir çox yeni başlayan sahibkarlar qarşılarına çıxan hər bir imkandan yararlanmağa çalışır. Lakin bir çox hallarda imkan – “quzu dərisi geyinmiş canavardır”. Tələsməyin! Əgər eyni anda bir neçə işdən yapışmağa çalışırsınızsa, tezliklə öz biznesiniz də daxil olmaqla uğursuzluğa düçar olacaqsınız. 10 yarımçıq və uğursuz iş ilə məşğul olmaqdansa, 1 işi sonadək mükəmməl şəkildə həyata keçirin. Özünüzün əsas layihənizdən uzaqlaşmaq və hər hansı başqa işlə məşğul olmaq istəyirsinizsə, bu orijinal məzmununuzda nəyin qaydasında olmadığı haqqında düşünmək üçün bir səbəbdir.
Məşğul olduğunuz sahədən anlayışınızın olması mütləqdir!
Nə etdiyinizi bilin, bildiyinizi edin! İlk baxışdan hər hansı bir sahə sizə cəlbedici və yüksək faydalılı göründü deyə biznesi onunla başlamaq lazım deyil. Həqiqətən sevdiyiniz işlə məşğul olun. Şəxsi bacarıq və üstünlüyünüz əsasənda qurulmuş biznes uğur üçün daha böyük şanslara sahibdir. Sadəcə yüksək gəlirli biznes yaratmaq mütləq deyil. Vacib olan gördüyünüz işdən günbəgün daha çox zövq almağınızdır. Əgər ürəyinizcə olmayan bir işlə məşğul olursunuzsa, uğur qazanmayacaqsınız.
Nə istədiyinizi 30 saniyə ərzində deyin və ya ümumiyyətlə deməyin!
Öz biznesinizi daim təqdim etməyə hazır olun. Bu investor və yaxud hər şeylə maraqlanan müştəri ilə qəfil qarşılaşma zamanı yaşana bilər. Öz missiyanızı, məqsəd və təkliflərinizi təyin edin. Nitqiniz aydın və lakonik olmalıdır. Hər dəfə nitqinizi konkret şəxsə uyğun olaraq dəyişin.
Startap kimi fəaliyyət göstərin!
Dəbdəbəli ofislər, bahalı avtomobillər və s. bu kimi cəhətləri unudun. Pulqanızın tərkibi şirkətinizin damarlarında axan qandır. Ciddi olmağı sınaqdan keçirin. Hər bir qəpiyinizə nəzarət edin, xərclərinizi bir neçə dəfə yoxlayın. Bundan əlavə, pul axınlarından effektiv şəkildə istifadə edin.
Təcrübədə öyrənin!
Heç bir biznes plan, biznes haqqında heç bir kitab sizə gələcək haqqında məlumat verə, sizi yaxşı sahibkar etmək iqtidarında deyil. İdeal biznes plan anlayışı mövcud deyil. Uğura aparan ideal yol və yaxud qısa cığır yoxdur. Heç bir şey planlaşdırmadan yeni biznesə atılmaq lazım deyil. Lakin bununla belə, hər şeyi xırdalığına qədər düşünməyə çalışaraq planlaşdırma prosesinə uzun illər həsr etmək də düzgün deyil. Yalnızca öz vəziyyətinizə təcrübədə inanaraq yaxşı sahibkar ola bilərsiniz. Aydınlaşdırmalı olduğunuz əsas cəhət səhvlərinizdən dərs çıxarmağı bacarmaq və eyni səhvi ikinci dəfə təkrar etməməkdir.
Heç kim sizə pul verməyəcək!
Əgər sizin startap yaratmaq üçün külli miqdarda pula ehtiyacınız varsa, heç kəs sizin layihənizə investisiya yatırmayacaq. Planlaşdırmaya geri qayıdın, lakin proqnozlaşdırılan gəlirlərə deyil, startap xərclərinə. Büdcəni nəzərdən keçirin, nəhəng planlarınızın həyata keçirilməsi üçün lazım olan məbləği azaldın. İdeyanız startapa uyğun gələnə qədər onu sadələşdirin. İdeyanızın məhdud büdcədən istifadə edərək “yaşama” qabiliyyətinə malik olduğunu necə sübut edəcəyiniz barədə düşünün. Ciddi investisiyalar tələb etmədən öncə, dəyərinizi sübut edin. Əgər ideyanızın uğur qazana biləcəyini sübut edə bilməsiz, investisiya cəlb etmək şanslarınız qəfil olaraq artacaq.
Nə vaxt getmək lazım olduğunu bilin!
Əgər ideya gözləntiləri doğrultmadısa bilin ki, layihəni tərk etmək zamanı çatıb. Nələrin yolunda getmədiyini, hansı səhvlərə yol verdiyinizi sakit beyinlə düşünün. Əvvəl əldə etdiyiniz təcrübə ilə indi necə davranacağınızı düşünün. Gələcəkdə səhvə yol verməmək üçün çox yüksək dəyərə malik olan çıxardığınız dərslərdən hər dəfə istifadə etməyə çalışın. Uğursuzluqlar qaçılmazdır, lakin əsl sahibkarlar çətinliklərin öhdəsindən gəlməyi bacarar.