10 C
Baku
Wednesday, November 6, 2024

“SEA BREEZE”ə yaxın daha bir yeni şirkət yaradılıb

Bakıda Ağalarovların şirkətinə yaxın daha bir şirkət təsis edilib.

Banker.az xəbər verir ki, bu, “Sea Breeze Marinas” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət Bakı şəhəri Sabunçu rayonu, Nardaran-Ləhiş yolu, ev 32X, 300 ünvanında qeydiyyata alınıb. Bu Bakıda son illərdə populyarlaşmağa başlayan “SEA BREEZE” layihəsi ilə eyni ünvana düşür.

“Sea Breeze Marinas” MMC-nin direktoru və ya onun adından qanuni təmsilçi kimi çıxış edəcək şəxs isə Rzayev Elbəy Azər oğludur. Yeni yaradılmış şirkətin nizamnamə kapitalı cəmi 100 manat təşkil edəcək.

“Sea Breeze” 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib. “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir. 500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. İstirahət zonaları, parklar və çimərlik üçün 150 hektardan çox ərazi ayrılıb. Bu gün daha 1,5 milyon kvadratmetr sahə reallaşdırma mərhələsindədir və yaxın vaxtlarda daha 2 milyon kvadratmetr sahənin tikintisinə başlanılacaq. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kvadratmetrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər