15 C
Baku
Wednesday, April 2, 2025

“Sea Breeze”ə yaxın yeni şirkət yaradılıb

“Sea Breeze”ə yaxın olan daha yeni şirkət təsis edilib.

Banker.az xəbər verir ki, bu, “Sea Breeze Landscape Group” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkəti Bakı şəhəri Sabunçu rayonu, Nardaran-Ləhiş yolu, ev 32X ünvanında 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin direktoru isə Fuad Əliyev İsrayıl oğludur.

“Sea Breeze” 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib. “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir. 500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. İstirahət zonaları, parklar və çimərlik üçün 150 hektardan çox ərazi ayrılıb.

Bu gün daha 1,5 milyon kvadratmetr sahə reallaşdırma mərhələsindədir və yaxın vaxtlarda daha 2 milyon kvadratmetr sahənin tikintisinə başlanılacaq. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kvadratmetrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir.

 

 

Son xəbərlər
Digər xəbərlər