“Sea Breeze Construction” Qubadlıda 34.4 milyon manata yaşayış məhəlləsi inşa edəcək

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Qubadlı şəhərində yerləşən yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınması həyata keçirilib.

Banker.az xəbər verir ki, keçirilmiş satınalma prosedurunun nəticələrinə əsasən, qalib şirkət Sea Breeze Construction seçilib.

Müqavilənin dəyəri 34 412 373 manat təşkil edir.

Layihə çərçivəsində Qubadlı şəhərində yeni yaşayış məhəlləsinin tikinti-quraşdırma işləri nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər