30 C
Baku
Saturday, May 31, 2025

SEC “Binance” kriptobirjası və onun təsisçisinə qarşı iddianı geri götürüb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” və onun təsisçisinə qarşı qaldırdığı mülki iddiadan könüllü olaraq imtina edib.

“Reuters” xəbər verir ki, imtina ərizəsi Vaşinqtonda federal məhkəməyə verilib. Sənədi SEC, “Binance” və “Binance”nin qurucusu Changpeng Zhaonun vəkilləri imzalayıb.

SEC 2023-cü ilin iyununda “Binance” və onun təsisçisini mübadilə əməliyyatlarını süni şəkildə artırmaqda, müştəri vəsaitlərini yönləndirməkdə və investorları çaşdırmaqda ittiham edərək məhkəməyə verib.

Agentlik qeyd edir ki, iddianın geri götürülməsi qətidir — SEC gələcəkdə işi yenidən aça bilməyəcək. SEC sədri Paul Atkins və ABŞ administrasiyası “innovasiyaların hüquq-mühafizə orqanlarının tənzimlənməsi mühitində inkişaf edə bilməyəcəyini” etiraf ediblər.

2025-ci ilin fevral ayında SEC ABŞ-nin ən böyük kriptovalyuta birjası “Coinbase”ə qarşı məhkəmə iddiasından imtina edib. Kriptobirja ən azı 13 qeydiyyatdan keçməmiş tokenin ticarətini təşkil etməkdə ittiham olunub. Mayın 12-də SEC sədri Paul Atkins kriptovalyuta aktivlərinin emissiyası, ticarəti və saxlanması üçün “oyunun aydın qaydalarını” müəyyən edən və qanun pozuntularının qarşısını alan tənzimləyici bazanın hazırlanmasının komissiyanın əsas prioriteti olacağını söyləyib.

Son xəbərlər
Digər xəbərlər