“Financial Times” fond təşkilatçılarına istinadən yazır ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ilk spot Ethereum ETF-lərin istifadəyə verilməsini təsdiqləyib.
Təsdiq edilmiş fondlara “Grayscale Investments”, “BlackRock”, “Fidelity” və başqaları daxildir. Onların səhmlərinin ticarəti çərşənbə axşamı başlayacaq.
“Bloomberg Intelligence”ə görə, bir fonddan başqa bütün fondların ödənişləri 0.25%-dən aşağı olacaq. Eyni zamanda, ən azı beş emitent ilkin mərhələdə investorlardan komissiya almağı planlaşdırmır.
Keçən il SEC efir fyuçerslərinə sərmayə qoyan ilk ETF-lərin, ardınca Bitcoin spot ETF-lərin istifadəyə verilməsini təsdiqləнжи.
“Ethereum” “Bitcoin”dən sonra dünyada ən populyar kriptovalyutadır. Onun bazar kapitallaşması təxminən 415 milyard dollardır.