14 C
Baku
Thursday, March 28, 2024

Seçkilər avronun məzənnəsinə mənfi təsir edə bilər

Avronun məzənnəsinin 2018-ci ildə müsbət perspektivlərinə baxmayaraq, investorlar mart ayının 4-də İtaliyada keçiriləcək parlament seçkiləri ərəfəsində ehtiyatlı davranaraq bu valyutada olan uzun mövqelərini hedc etməyə başlayıblar.

“Forexpf.ru” saytına istinadən, “Bloomberg CFTC CME Euro” – ABŞ-ın fyuçerslər üzrə komissiyasının Çikaqo birjası məlumatlarına əsasən, hazırda avro üzrə uzun spekulyativ mövqelər tarixi rekord həddə çatıb. Lakin bu kontraktlar əsasən 1 illik müddəti əhatə edir. İtaliyadakı seçkilərin nəticələrinin qeyri-müəyyənliyi səbəbindən 2 aylıq kontraktlar ötən ilin may ayından sonra ən bədbin səviyyədədir.

Almaniya “Commezbank”ının valyuta strategiyası üzrə mütəxəssisi Lan Nquen bildirib ki, “valyuta mövqelərində hedcinq əməliyyatlarını seçkilərlə əlaqəli olduğunu düşünürəm. Lakin, seçkilərin nəticələrinin Fransa seçkiləri qədər təsirli olacağına inanmıram”.

“JPMorgan” bankının analitiklərinin fikrincə, İtaliyadakı seçkilərin nəticələri böyük koalisiyanın formalaşması ilə nəticələnəcək. Bu səbəbdən 2 aylıq avro üzrə satış kontraktları alış kontraktlarını 29 bənd üstələyir.

“Bloomberg”in analitiklər arasında apardığı sorğunun nəticələrinə əsasən, USD/EUR məzənnəsinin 2018-ci ili 1,22 səviyyəsində tamamlayacağı proqnozlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər