13 C
Baku
Friday, November 22, 2024

“Sehirli” sistem

Müəllif: İqtisadçı-analitik-Ekspert Qafar İmanverdiyev. İnforex

Trend Magic System əvvəlcə iki indikatorun – BBMACD və Trend Magic (TM) indikatorlarının birləşdirilməsi əsasında yaradılmışdı. Onlardan birincisi trendin istiqamətini müəyyən etmək, ikincisi isə stop-lossların harada qoyulmasını müəyyənləşdirmək məqsədilə işlədirlir.

Sonradan hər iki indikator “HA_0001a” adlı bir indikator şəklində birləşdirilmişdi. Bu indikator yaşıl bar çəkəndə almaq, qırmızı bar çəkəndə isə satmaq üçün işarə verir. Amma onunla işləmək rahat olmadığından, sistem iki indikatorlu versiyasında yayıldı və məşhurlaşdı.

Hazırda sistemdə əsasən bu qeyri-standart indikatorlardan istifadə olunur:

– Trend Magic
– BB MACD (144, 233, 21 parametrləri ilə)
– StDv 1.1 (vacib deyil)

Sistem M1-dən Daily-yə qədər bütün zaman periodlarında işləyir. Adətən eur/usd cütlüyündə əməliyyat aparmaq üçün tətbiq olunur. Amma digər cütlüklərdə də işlədilə bilər.

Almaq üçün:

– BB MACD göy rəngə boyanmalıdır
– TM qırmızı rəngdən göyə keçməlidir

Satmaq üçün:

– BB MACD qırmızı rəngə boyanmalıdır
– TM göy rəngdən qırmızıya keçməlidir

Əməliyyatdan çıxmaq üçün stop-loss və trailing-stop orderlərindən istifadə olunur. Bunun necə edilməsi Şəkil 1-də göstərilib.

Şəkildə “А” nöqtəsində satış əməliyyatı üçün siqnal yaranıb. “В” nöqtəsində texniki stop-loss yerləşdirilib. Qiymət aşağıya doğru hərəkət etdikcə “stop” D səviyyəsinə çəkilib. Qiymət “E” nöqtəsinə çatanda “stop” F nöqtəsinə sürüşdürülüb.

Yəni prinsip belədir ki, “stop-loss” əmri Trend Magic indikatorunun üfiqi vəziyyət aldığı hissələrin üstündə qoyulur (1-2 punkt yuxarıda). Bu minvalla, əməliyyat G nöqtəsində bağlanıb.

Şəkil 1. “Stop” əmrinin sürüşdürülməsi

garsgas1

Sistemin əsasında açılan praktik əməliyyata nümunə şəkil 2-də göstərilib.

BBMACD indikatoru qırmızı olanda ТМ indikatoru da göy rəngdən qırmızıya keçib. Həmin barda satış əməliyyatı açılıb.

Sonra BBMACD göy olanda ТМ qırmızıdan göyə keçərkən eyni barda satış siqnalı açılıb.

Göründüyü kimi, sistem kifayət qədər sadədir.

Şəkil 2

gafarsjs2

Son xəbərlər
Digər xəbərlər