6 C
Baku
Sunday, December 15, 2024

Selfi ilə ödəniş etmək mümkün olacaq

Artıq bu ilin payızından selfi edərək ödəniş etmək mümkün olacaq. Bu isə MasterCard şirkətinin yaartdığı yeni texnologiya sayəsində mümkün olacaq. Şirkət ID Check tətbiqetməsi yaradır və onun köməkliyi ödənişləri birbaşa olaraq plastik kart ilə deyil, üzün tanınması sistemi ilə həyata keçirmək mümkün olacaq.

MasterCard şirkətinin bu layihədəki partnyorları isə Apple, Google və Samsung oldu. İlkin sınaq mərhələsində 500 nəfər iştirak edəcək və əməliyyat uğurla başa çatarsa ID Check bazarda genişləndiriləcək. Ödəniş edərkən fotonuzu kiminsə ekrana yaxınlaşdırmaması üçün şəkil şəkilərkən gözlərinizi qırpmaq tələb olunacaq. İxtiraçıların sözlərinə görə, texnologiya kart sahiblərini yüksək təhlükəsizlik ilə təmin edəcək.

Son xəbərlər
Digər xəbərlər