12 C
Baku
Monday, November 25, 2024

Seller-Kefover aktı

Seller-Kefover aktı (Celler-Kefauver antimerger act) – ABŞ-da 1950-ci ildə qəbul edilmiş antiinhisar qanunvericiliyidir. Bu akt Kleyton aktına əlavə kimi nəzərdə tutulmuş və tək səhmlərin alınması yolu ilə birləşməni deyil, həmçinin müəssisənin istənilən səhmini almaq yolu ilə birləşməni də məhdudlaşdırırdı.

Beləliklə, bu aktın qəbul edilməsindən sonra istənilən birləşmə dövlətə tabe idi. Bu tendensiya isə yalnız 1980-ci illərdə zəifləməyə başladı. Məsələn, 1987-ci ildə ABŞ hökuməti şirkətlər üçün Herfindal indeksinin 2 min təşkil etməsinə baxmayaraq, Chrysler və American Motors şirkətlərinin birləşməsinə etiraz etmədi. Lakin bu xüsusi hal idi. Bu icazə American Motors Corporation şirkətinin iflas həddində olması ilə əlaqədar idi. Bütün bunlarla yanaşı, dövlət bu zaman Coca-Cola və Dr Pepper şirkətlərinin birləşməsinə qadağa qoymuşdu.

Son xəbərlər
Digər xəbərlər