31 C
Baku
Sunday, June 16, 2024

Sem Benkman-Fridin Baham adalarındakı penthausu 40 mln. dollara satışa çıxarılıb

Sem Benkman-Fridin Baham adalarındakı penthausu 39.5 milyon dollara satışa çıxarılıb. Bu, 2500 ilə 11500 kvadrat fut arasında dəyişən 9 binadan ibarət kompleksdir. Əmlakın öz SPA mərkəzi və lifti var.

Sem Benkman-Frid cəmi bir neçə gün ərzində kripto qəhrəmandan hamının nifrət etdiyi yalançıya çevrilib. FTX kriptobirjasının qurucusundan daha tez varlanan tək şəxs Mark Zukerberqdir. Lakin heç kim onun qədər tez sərvətini itirməmişdi – Sem Benkman-Frid sərvətinin 94%-ni və ya 10 milyard dolları 24 saatda itirib.

Sam Benkman Frieds Bahamas Penthouse

Sam Benkman Frieds Bahamas Penthouse sele

2022-ci ilin noyabrında FTX ABŞ-də iflas elan edib. Həmin ilin dekabrında Sem Bankman-Frid ABŞ-nin tələbi ilə Baham adalarında saxlanılıb. Sahibkar ekstradisiya ilə razılaşıb.

2024-cü ilin yanvarında FTX-in yeni rəhbərliyi bütün aktivləri ləğv etmək və müştərilərə vəsaitləri qaytarmaq qərarına gəlib. Mart ayında məhkəmə Sam Bankman-Fridi dələduzluq və sui-qəsd ittihamı ilə 25 il həbs cəzasına məhkum edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər