Sem Uolton beynəlxalq mağazalar şəbəkəsi Walmartın əsasını qoyan görkəmli bir iş adamıdır. Sem, ona inkişaf edən şirkətin işlərinin aparılmasında yardımçı olan qaydaları kütləyə təqdim edib.
Birinci qayda: Öz işinizə sadiq olun və ona inanın.
İkinci qayda: Əməkdaşlarınızla öz gəlirlərinizi paylaşın.
Üçüncü qayda: Öz işçilərinizi stimullaşdırın. Bir şirkəti inkişaf etdirmək üçün sadəcə maddi vəsaitlər kifayət etmir.
Dördüncü qayda: Sahib olduğunuz məlumatlarla əməkdaşlarınızla bölüşün. Onlar nə qədər çox bilsələr, sizi bir o qədər yaxşı başa düşəcəklər.
Beşinci qayda: əməkdaşlarınızın sizin işinizin uğrunda etdikləri hər bir şeyə yüksək dəyər verin. Lazımı anda söylənmiş təriflərin əhəmiyyəti çox böyükdür.
Altıncı qayda: öz uğurlarınızı qeyd edin. Səhvlərinizə gülməyi öyrənin. Daim özünüzdə və əmkdaşlarınızda ruh yüksəkliyi yaratmağa çalışın.
Yeddinci qayda: sizin şirkətinizdə çalışan hər bir kəsin fikrini dinləyin.
Səkkizinci qayda: əməkdaşlarınızın gözləntilərini qabaqlayın.
Doqquzuncu qayda: öz xərclərinizə daha çox diqqət yetirin, nəinki rəqiblərinizə.
Onuncu qayda: axına qarşı üzün. Öz şəxsi yolunuzu seçin.