15 C
Baku
Saturday, April 20, 2024

Sem Uoltondan 10 qayda

Sem Uolton beynəlxalq mağazalar şəbəkəsi Walmartın əsasını qoyan görkəmli bir iş adamıdır. Sem, ona inkişaf edən şirkətin işlərinin aparılmasında yardımçı olan qaydaları kütləyə təqdim edib.

Birinci qayda: Öz işinizə sadiq olun və ona inanın.

İkinci qayda: Əməkdaşlarınızla öz gəlirlərinizi paylaşın. 

Üçüncü qayda: Öz işçilərinizi stimullaşdırın. Bir şirkəti inkişaf etdirmək üçün sadəcə maddi vəsaitlər kifayət etmir.

Dördüncü qayda: Sahib olduğunuz məlumatlarla əməkdaşlarınızla bölüşün. Onlar nə qədər çox bilsələr, sizi bir o qədər yaxşı başa düşəcəklər.

Beşinci qayda: əməkdaşlarınızın sizin işinizin uğrunda etdikləri hər bir şeyə yüksək dəyər verin. Lazımı anda söylənmiş təriflərin əhəmiyyəti çox böyükdür.

Altıncı qayda: öz uğurlarınızı qeyd edin. Səhvlərinizə gülməyi öyrənin. Daim özünüzdə və əmkdaşlarınızda ruh yüksəkliyi yaratmağa çalışın.

Yeddinci qayda: sizin şirkətinizdə çalışan hər bir kəsin fikrini dinləyin.

Səkkizinci qayda: əməkdaşlarınızın gözləntilərini qabaqlayın.

Doqquzuncu qayda: öz xərclərinizə daha çox diqqət yetirin, nəinki rəqiblərinizə.

Onuncu qayda: axına qarşı üzün. Öz şəxsi yolunuzu seçin.

Son xəbərlər
Digər xəbərlər