6 C
Baku
Sunday, December 15, 2024

Sement istehsalı artıb, asfalt istehsalı kəskin düşüb

Azərbaycanda cari ilin ilk yarımilliyində sementin istehsal həcmi son 1.7 milyon ton üzərində təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu isə illik müqayisədə 8.4 faiz artım deməkdir.

Tikinti gipsi istehsalı 12.3 min ton (illik müqayisə: 33.7 faiz), tikinti əhəngi 17.5 min ton (29.6 faiz), hörmə üçün hazır beton qarışığı 1.23 milyon ton (41.6 faiz) olmuşdur.

Kərpic istehsalı həcmi isə 276.1 min kub metr olmaqla illik müqayisədə 16.8% artım göstərib.

Asfalt istehsalı isə 40.3 min ton olmaqla illik müqayisədə 43.3% azalma deməkdir.

Tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 374.4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 40.2 faiz artmışdır.

 

Son xəbərlər
Digər xəbərlər