30 C
Baku
Wednesday, August 6, 2025

Sement məhsulları satan şirkət keçən il 4.6 mln. manat xalis mənfəət əldə edib

“Norm” sement zavodunun distributoru olan “Konstromat” ASC 2024-cü il üzrə 4 milyon 635 min manat xalis mənfəət əldə edib. Bu göstərici ötən illə müqayisədə 1 milyon 191 min manat və ya 34.6% artım deməkdir.

Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.

Şirkətin əsas əməliyyat gəlirləri 2023-cü ildəki 36 milyon 317 min manatdan 2024-cü ildə 38 milyon 17 min manata qədər artımla 4.8% yüksəliş göstərib. Satışın maya dəyəri isə 2 milyon 71 min manat artaraq 29 milyon 980 min manata çatıb. Buna baxmayaraq, ümumi mənfəət 8 milyon 37 min manatla sabit səviyyədə qalıb.

Kommersiya və inzibati xərclər üzrə də sabitlik müşahidə olunur – müvafiq olaraq 1 milyon 57 min və 1 milyon 468 min manat təşkil edib. Əməliyyat mənfəəti 2024-cü ildə 5 milyon 510 min manat olub ki, bu da 2023-cü ildəki 5 milyon 466 min manatdan 44 min manat və ya 0.8% artıqdır.

Xatırladaq ki, “Konstromat” ASC 2013-cü ildə təsis edilib və 200 min manatlıq səhmlərin 100%-i Əkbərov Rasim Naib oğluna məxsusdur.

Hesabat müddətində şirkətin işçi sayı 5 nəfər artımla 29 nəfər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər