10 C
Baku
Thursday, December 12, 2024

Sementin pərakəndə satıcısı cari ilin ilk yarısında 2.1 mln. manat xalis mənfəət əldə edib

Azərbaycanda sement məhsulu topdan satışı ilə məşğul olan “Konstromat” ASC 2024-cü ilin ilk yarısında maliyyə nəticələrini açıqlayıb.

Banker.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 18 milyon 740 min manata çatıb. Belə ki, 2023-cü il: 17 milyon 221 min manat idi.

Bununla yanaşı, satışın maya dəyəri 14 milyon 969 min manata yüksəlib. Bu da 2023-cü ilin eyni dövründə qeydə alınmış 13 milyon 579 min manatı də 10.3% üstələyir.

Ümumi mənfəət 2024-cü ilin ilk altı ayı ərzində 3 milyon 771 min manat olub.

Ümumi və inzibati xərclər 149% artaraq 261 min manata, marketing xərcləri isə 3.7% artaraq 376 min manata yüksəlib.

Faiz xərcləri 2024-cü ildə 39 min manat təşkil edib, halbuki 2023-cü ildə bu göstərici sıfır idi.

Xalis mənfəət isə 2 milyon 113 min manat olmaqla əvvəlki ilə nisbətən 2.4% azalma deməkdir. Keçən ilin müvafiq dövründə 2 milyon 164 min manat xalis mənfəət əldə etmişdi.

“Konstromat” ASC-nin maliyyə nəticələri göstərir ki, şirkət əməliyyat gəlirlərini artırsa da, artan xərclər mənfəətin bir qədər azalmasına səbəb olub.

1 iyul 2024-cü il tarixinə, şirkətin kapital balansında 4 milyon 879 min manat üzərində illərin yığılmış mənfəəti var ki, bu da onun xalis aktivlərini 4 milyon 881 min manatda saxlayır.

Xatırladaq ki, şirkət hazırda “Norm” ASC-nin sementlərinin satışını həyata keçirir. Şirkətin nizamnamə kapitalı 200 000 manatdır və səhmlərin 100 faizi Rasim Əkbərov Naib oğluna məxsusdur.

Son xəbərlər
Digər xəbərlər