Bu, namizədliyi Donald Tramp tərəfindən irəli sürülən İrli Litsüenberqerdir
ABŞ Senatı ölkənin Azərbaycandakı səfiri postuna İrli Litsüenberqerin namizədliyini təsdiq edib.
Banker.az Report-a xəbər verir ki, İrli Litsüenberqerin namizədliyi ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.
İrli Litsenberqer müxtəlif vaxtlarda Almaniyanın Marşall Fondunda böyük elmi əməkdaş, ABŞ-ın NATO-dakı missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı böyük mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirliyində missiya rəhbərinin müavini və Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyində missiya rəhbərinin müavini vəzifələrində işləyib.
Senat həmçinin ABŞ-ın Emənistandakı səfiri postuna Linn Treysini təsdiqləyib.