6 C
Baku
Saturday, December 3, 2022

Seneqal Prezidenti yeni Baş naziri təyin edib

Seneqal Prezidenti Maki Sal Amadu Banı baş nazir təyin edib.

Bu barədə Seneqalın Mətbuat Agentliyi məlumat yayıb.

Ba hökumətdə müxtəlif vəzifələrdə böyük təcrübəyə malikdir. Belə ki, 2013-2019-cu illərdə Ba Seneqalın maliyyə və iqtisadiyyat naziri, 2019-cu ilin yazından 2021-ci ilin noyabrınadək isə xarici işlər naziri vəzifələrində çalışıb.

Parlamentin qərarı ilə Seneqalda Baş nazir postu 2019-cu ilin yazında ləğv edilib, lakin 2021-ci ilin dekabrında bərpa olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər
X