1 C
Baku
Saturday, December 14, 2024

Şengen vizası – yaranma tarixi

Şengen sazişi barədə razılaşma Lüksemburqun Fransa, Almaniya və Lüksemburq ilə sərhəddə yerləşən Şengen şəhərində imzalanmışdır.

O zamandan bu günə az vaxt keçməyib və 2007-ci ilin sonunda Şengen sazişi 30 dövlət tərəfindən imzalanmışdı. Lakin faktiki olaraq sərhəd nəzarətinin ləğv edilməsi 25 ölkədə fəaliyyət göstərir. Bu ölkələrə Avstriya, Macarıstan, Almaniya, İspaniya, İslandiya, İtaliya, Latviya, Lüksemburq, Malta, Yunanıstan, Hollandiya, Belçika, Danimarka, Norveç, İsveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Fransa, Finlandiya, Çexiya, İsveçrə, Litva və Estoniya daxildir. Bütün bu ölkələr Şengen zonasını əmələ gətirir.

Müqaviləyə imza atmış, lakin hələ ki sərhəd nəzarətini ləğv etməmiş digər 5 öldə Şengen zonasına daxil deyildir.

İsveçrə, Norveç və İslandiya istisna olmaqla Şengen zonasına daxil olan bütün ölkələr Avropa İttifaqının tərkibinə daxildirlər.

Şengen sazişini imzalamış, Avropa İttifaqına daxil olan 5 ölkə İngiltərə və İrlandiyanın pasport idarəsini bütünlüklə ləğv etməməsi səbəbindən Şengen zonasının sərhədlərindən kənarda qalıb. Bolqarıstan, Ruminya və Kipr isə bunu hələ gələcəkdə ləğv etməyi planlaşdırırlar.

5.06.2005-ci il referendumu ilə İsveçrə vətəndaşları Şengen zonasına daxil olmağa səs vermişlər.

15.03.2006-cı ildə sərhədlərlə bağlı yeni sənəd – Şengen kodeksi qəbul edildi və Şengen konvensiyası dəyişdirildi.

2007-ci ilin 21 dekabrında 9 ölkədə (Slovakiya, Sloveniya, Polşa, Macarıstan, Çexiya, Malta, Latviya, Estoniya və Litva) Şengen zonasına daxil oldu və sərhəd nəzarətini ləğv etdi. Hava məkanında isə bu 30.03.2008-ci ildə ləğv edildiş

Aeroportlarda isə sərhəd nəzarəti 29 mart 2009-cu ildə ləğv edildi.

Şengen sazişini imzalamış ölkələr

  • Avstriya
  • Belçika
  • Macarıstan
  • Almaniya (Byuzingen-to-Upper-Reyn istisna olmaqla)
  • Yunanıstan (Athos istina olmaqla)
  • Danimarka
  • İslandiya
  • İspaniya
  • İtaliya
  • Latviya
  • Litva
  • Lixtenşteyn
  • Lüksemburq
  • Malta
  • Hollandiya
  • Norveç
  • Polşa
  • Portuqaliya
  • Slovakiya
  • Sloveniya
  • Finlandiya
  • Fransa
  • Çexiya
  • İsveçrə
  • İsveç
  • Estoniya
Son xəbərlər
Digər xəbərlər