15 C
Baku
Saturday, April 27, 2024

Şengen vizasının qiyməti bahalaşır

2019-cu ilin sonuna qədər Şenqen ölkələrinə qısamüddətli vizanın qiyməti 60 avrodan 80 avroya qalxacaq.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Avropa İttifaqının viza məcəlləsinə müvafiq dəyişikliklər ötən gün Avropa Parlamentinin deputatları tərəfindən qəbul edilib.
Məlumata görə, viza rüsumunun qalxması ilə əldə ediləcək gəlir daxili təhlükəsizliyin, viza mərkəzlərinin və konsulluqların texniki təminatına və dünyada Şengen ölkələrinin konsulluq əməkdaşlarının saxlanmasına sərf oluncaq.

Avropa İttifaqının Daxili İşlər, Miqrasiya və Vətəndaşlıq üzrə Komissarı Dimitris Avramopulos viza islahatını yüksək qiymətləndirərək bildirib ki, yeni qaydalar Aİ-nin təhlükəsizlik standartlarını gücləndirməyə yardım edəcək.

Azərbaycan üçün vizanın qiyməti dəyişməyəcək.

MənbəONA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər