Bazarın fəallığı 13% səviyyəsində formalaşıb.
Bakıda əmlakın qiyməti sentyabr ayında 2,19% artıb.
“MBA Consalting” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun bildirdiyi kimi ilin əvvəlindən əmlak bazarında qiymətlər 13,09% artıb.
Ekspertin sözlərinə görə yaşayış sahələrini ilkin bazarında qiymətlər 5,11%, ilin əvvəlindən isə 13,09% artıb.
İkinci əl bazarında qiymətlər sentyabrdan 1,04% enib, ilin əvvəli üçün isə 15,55% artıb.
N.İbrahimovun sözlərinə görə, Bakının torpaq bazarında bir sotun qiyməti sentyabr ayında orta hesabla 18271 dollardan ibarət olub, bu isə avqust ayında olan qiymətdən 1,97% az və ilin əvvəlində olan məbləğdən 5,98% çoxdur.
Kommersiya obyektlərində bir kvadrat metrin qiyməti sentyabr ayında 4114 dollardan ibarət olub, bu isə avqustda olan göstəricidən 6,66% çoxdur. İlin əvvəlindən kommersiya əmlakı orta hesabla bir kvadrat metr üçün 2,4% artıb.
“Bazarın fəallığı 13% səviyyəsində formalaşıb”, – N.İbrahimov deyib.
Oxu.az