12 C
Baku
Monday, November 25, 2024

Sentyabr ayında Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı azalıb

2023-ci ilin sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 205 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 45 şirkət azdır.

Bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 312,2 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 99,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (171) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 290.4 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 111 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər