20 C
Baku
Thursday, May 2, 2024

“Sentyabrda 1000 azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik”

2024-cü ilin ən vacib xəbəri Xankəndində Qarabağ Universitetinin fəaliyyətə başlaması olacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

 

“Yəni artıq sentyabrda 1000 nəfər azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Buna uğurla nail olacağımıza inanırıq”, – o əlavə edib.

Nazir il üçün ikinci böyük təşəbbüs kimi Azərbaycan-Türkiyə universitetinin yaradılmasını vurğulayıb:

“Bu universitet ölkələr arasında qardaşlıq bağlarının elm və təhsil sahəsində möhkəmlənməsinə xidmət edəcək. Hansı ki irəlidəki 7-8 ay ərzində bu ali təhsil müəssisəsinin qurulmasına nail olunacaq”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər