“Sentyabrda ABŞ-da defolt ola bilər”

0

Defolt 2019-cu ilin sentyabrında ABŞ-da baş verə bilər.

Banker.az xəbər verir ki, bu haqda 8 iyulda “Bipartisan Policy Center” məlumat verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bunun əsas səbəbi büdcəyə daxil olan vergilərin az olmasıdır: artım 2-3% təşkil edib. Qeyd edək ki, bu nəticə analitiklərin gözləntilərinə cavab vermir. Belə bir vəziyyətdə ABŞ hökuməti “sentyabr ayının birinci yarısından” vaxtı-vaxtında ödənişləri edə bilməyəcək.

Çıxış yolu kimi dövlət borcunun yuxarı həddinin artırılması variantı nəzərdən keçirilir.

Daha əvvəl Regnum xəbər agentliyinin verdiyi məlumata görə, Amerikanın maliyyə naziri Steven Mnuchin dövlət borcunun yuxarı həddini qaldıracağını söyləyib.