8 C
Baku
Wednesday, November 30, 2022

Sentyabrda biznes kreditləri 300 milyon manata yaxın artıb

Kredit portfelinin artım trendi sentyabr ayında da davam etmişdir. Bankların kredit portfeli sentyabr ayında 2.8% (518.5 mln.manat) artaraq 19,157.2 mln. manat olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Biznes kreditləri 288.9 milyon manat artaraq 10 milyard 781 milyon manata, istehlak kreditləri 185 milyon manat artaraq 5 milyard 602 milyon manata, ipoteka kreditləri isə 44.7 milyon manat artaraq 2 milyard 775 milyon manata çatıb.

Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3% (10,780.9 mln. manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 9 ayında bankların kredit portfeli 15% və ya 2,498.1 mln. manat artıb.

Son xəbərlər
Digər xəbərlər
X