8 C
Baku
Thursday, November 28, 2024

Sentyabrda Estoniyada illik inflyasiya 24 faizi ötüb

Sentyabr ayının yekunu üzrə Estoniyada inflyasiya illik ifadədə 24 faizi ötüb.

Statistika Departamentinin ilkin məlumatına əsasən, sentyabrda respublikada inflyasiya tempi 2021-ci ilin eyni ayı ilə müqayisədə 24.1 faiz təşkil edib, istehlak qiymətləri isə bu ilin avqust ayı ilə müqayisədə 0.4 faiz artıb. Departament yekun qiymətləndirməni oktyabrın 7-də dərc edəcək.

Avropa Statistika Agentliyinin məlumatına görə, ötən ay avrozona ölkələri arasında ən yüksək inflyasiya səviyyəsi Estoniyada qeydə alınıb. İnflyasiya baxımından avrozonanın ən problemli üç ölkəsinə Litva və Latviya da daxildir. Həmin ölkələrdə il ərzində qiymətlər müvafiq olaraq 21.1 faiz və 20.8 faiz artıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər