17 C
Baku
Saturday, May 4, 2024

Sentyabrda İtaliyada inflyasiya 5.3 faiz olub

İtaliyada inflyasiya səviyyəsi sentyabr ayında 5,3 faiz təşkil edib.

Bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilib ki, inflyasiya göstəricisində aylıq müqayisədə 0,2 faiz artım qeydə alınıb. Ərzaq məhsullarının qiymətində azalma tendensiyası müşahidə olunsa da, enerji resurslarının və nəqliyyat xidmətlərinin qiymətlərində artım sürətlənib.

Avrozonada isə inflyasiya səviyyəsi gözləntilərin altında qalıb. Avropa Statistika Bürosunun (Eurostat) məlumatına görə, sentyabrda Avrozonada inflyasiya 4,3 faiz olub. Ən yüksək qiymət artımı 8,8 faizlə qida, spirtli içkilər və tütün məmulatlarında qeydə alınıb.

Xatırladaq ki, avqustda Avrozonada illik inflyasiya göstəricisi 5,2 faiz təşkil etmişdi.

Mənbəazərtac
Son xəbərlər
 ⁠
Digər xəbərlər