Sentyabr ayında Səudiyyə Ərəbistanında xam neft ixracı növbəti dəfə artaraq, cari ilin yanvar ayından indiyədək rekord səviyyəyə çatıb.
Bu barədə “angi” saytı məlumat verib.
Sentyabr ayında gündəlik 6,516 milyon barel neft ixrac edilib. Bununla da, neft məhsulları da daxil olmaqla, ümumi ixrac həcmi gündəlik 7,84 milyon barel təşkil edib.
Sentyabr ayında krallıqda gündəlik xam neft hasilatı 100 min barel artaraq, aylıq ifadədə gündəlik 9,662 milyon barel təşkil edib. Bu isə 2020-ci ilin aprel ayından indiyədək ən yüksək göstəricidir.