18 C
Baku
Monday, September 16, 2024

Sentyabrda sertifikasiya prosesinin müsahibə mərhələsinə start veriləcək

Sentyabrın əvvəlindən etibarən sertifikasiya prosesinin müsahibə mərhələsinə start veriləcək.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, ötən il və bu ilki sertifikasiya prosesinin nəticələrinə əsasən, differensial əmək haqqına keçid edən müəllimlərin sayının 55 min nəfərə çatması proqnozlaşdırılır:

“Ötən il müsahibə mərhələsində iştirak edən müəllimlərin müsahibəni tamamlama nisbəti 99 faizdir. İyunun 10-dan etibarən işdən azad olunmuş müəllimlərlə bağlı regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb. 3 700-dən çox müəllim komissiyalarda qəbul edilib. Onların arasında həssas təbəqədən olan 400-ə yaxın müəllimin tədrisdən kənar alternativ işlərlə təminatı istiqamətində işlər aparılır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər