Azərbaycan Mərkəzi Bankı 5 sentyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 05.09.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6362 səviyyəsində müəyyən olunmuşdur.
Xatırladmaq istərdik ki, bu gün yəni, 2 sentyabr tarixində dolların rəsmi məzənnəsi 1,6362 manat olub.
Tanınmış maliyyə agentliyi Bloomberg-də isə , bu gün USD/AZN məzənnəsi 1,6599 səviyyəsindən 1,6800 səviyyəsinə qədər artıb.