SEPAH: ABŞ hücumları dayandırılmayana qədər Hörmüz boğazından bir damcı belə neft keçməyəcək

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, ABŞ-nin İrana zərbələri dayandırılmayana qədər Hörmüz boğazından heç bir həcmdə neft və qazın keçidinə icazə verilməyəcək. SEPAH-ın mətbuat xidmətinin bəyanatını Tasnim agentliyi yayıb.

“Hörmüz boğazına tam nəzarət hələ də cəsur döyüşçülərimizin əlindədir və ABŞ-nin düşmənçilik hərəkətləri davam etdiyi müddətdə bu bölgədən bir damcı belə neft və qaz ixrac edilməyəcək”, — bəyanatda deyilir.

SEPAH həmçinin bildirib ki, Suriyanın Ət-Tənf bölgəsində “düşmənin xüsusi əməliyyatlar komandanlığı mərkəzinə” zərbə endirib. İddia olunur ki, Korpusun Hərbi Hava Qüvvələri radiolokasiya sistemini və xüsusi təyinatlı bir neçə helikopteri məhv edib, həmçinin bir neçə amerikalı hərbçini öldürüb. Əməliyyatın “ötən gecə İranşəhrdə həlak olan hərbçilərin qisası” məqsədilə həyata keçirildiyi vurğulanıb.

ABŞ və İran arasında silahlı qarşıdurma iyulun 8-dən yenidən başlayıb. İyulun 15-nə keçən gecə ABŞ-nin hücumları yeddi saat davam edib. ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığındakı və İranın sahilyanı bölgələrində yerləşən hərbi obyektlərə zərbələr endirib. Dünən axşam isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərə qarşı yeni zərbələr seriyasına başladığını açıqlayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər